Tramp vədinə xilaf çıxdı, Suriyada əsgərləri saxlayır

Bu ilin oktyabrın 7-də Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkə hərbçilərinin Suriya ərazisindən çıxarılacağını bəyan etmişdi
Sputnik

 

BAKI, 31 oktyabr — Sputnik. Suriyadan qoşunların çıxarılmasından sonra təxminən 900-ə qədər ABŞ hərbçisi bu ölkədə qalacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu "New York Times" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Mənbə nəşrə bildirib ki, 1000 nəfərlik hərbi kontingentdən 250 nəfəri Suriyada qalacaq. Onlar Deyr-əz-Zor vilayətində dislokasiya olunacaq. Eyni zamanda, bu yaxınlarda piyada qoşunlarına mexanikləşdirilmiş hərbi qüvvələr də qoşulacaq. Bundan sonra neft yataqlarını qoruyan ABŞ əsgərlərinin sayı 500-ə çatacaq. Ət-Tanfa zonasında olan hərbçilərin də sayı nəzərə alınsa, onda nəşrin hesablamalarına görə, Suriyada təxminən 900-ə yaxın hərbçi qalacaq.

Qeyd edək ki, bu ilin oktyabrın 7-də Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkə hərbçilərinin Suriya ərazisindən çıxarılacağını bəyan etmişdi.