SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ sanksiyalarının Türkiyəyə hansı təsirləri olacaq – politoloq şərhi

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, konqres bu cür qərarlar qəbul etməklə ABŞ-ın maraqlarına zərbə vurur
Sputnik

ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə və onun maliyyə sektoruna qarşı Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyata və Rusiyadan S-400 zenit-raket sistemlərini almasına görə sanksiyalar paketini təqdir edib. Təşəbbüs "PACT Act" qanunu adlanır. Bu qısaltma "Protect Against Conflict by Turkey Act"dan ("Türkiyə tərəfdən münaqişəyə qarşı müdafiə") irəli gəlir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar qəbul olunarsa, bunun Türkiyəyə ciddi təsir edəcəyini düşünmür: “Konqres bu cür qərarlar qəbul etməklə ABŞ-ın maraqlarına zərbə vurur. Bu qərarlar Türkiyəni ABŞ-dan daha da uzaqlaşdırır. ABŞ günahı özündə axtarmalıdır. Türkiyənin Rusiya ilə əməkdaşlığını sıxlaşdırması ABŞ-ın maraqlarına cavab vermir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz