MƏDƏNİYYƏT

Tanınmış müğənni Azərbaycan tarixində ilkə imza atdı

Rusiyanın pop kralı Filipp Kirkorov, növbəti duet üçün bir araya gəldiyi yaxın dostu Xalq artisti Aygün Kazımovanın təşəbbüsü ilə layihəni "Can Azərbaycan" adlandırıb
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Filipp Kirkorov Azərbaycana mahnı həsr edib.

Sputnik Azərbaycan xəbər verir ki, tarixdə ilk dəfə əcnəbi müğənni tərəfindən Azərbaycan üçün yazılan mahnı təqdim olunub. Rusiyanın pop kralı Filipp Kirkorov növbəti duet üçün bir araya gəldiyi yaxın dostu Xalq artisti Aygün Kazımovanın təşəbbüsü ilə layihəni "Can Azərbaycan" adlandırıb.

Müəllifi Alla Puqaçova ilə çalışan musiqi prodüseri Alişer olan mahnı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Rus pop-musiqisinin kralı Filipp Kirkorov ötən gün Bakı Konqres Mərkəzində möhtəşəm şou ilə onu sevənlərin qarşısına çıxıb.

Rusiyanın Xalq artisti "#ЦветНастроения. Я+R" adlı şousunu təqdim edib.