CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir ailənin dörd üzvü zəhərləndi

Azyaşlılardan 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Bakıda bir ailənin 4 üzvi zəhərlənib. Səhiyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəm qazından zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma 05:02-də məlumat daxil olub.

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları dəm qazından zəhərlənib. Azyaşlılardan 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.