BAKI, 30 oktyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi "Bulava" (Toppuz) adlı ballistik raketin "Knyaz Vladimir" sualtı strateji kreyserdən buraxılmasının videogörüntülərini yayımlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, kadrlarda raketin start götürməsi anını və onun uçuşunu izləmək olar.
Raketin buraxılması Ağ dəniz akvatoriyasında sualtı mövqedən həyata keçirilib.
Müdafiə Nazirliyi vurğulayıb ki, raketin uçuşu normal rejimdə keçib, nəzarət sistemləri təlim-döyüş bloklarının poliqona düşməsini qeydə alıblar.
"Bulava" Rusiya istehsalı olan bərk yanacaqlı raketdir. Bu raket "955" layihəsinə aid olan sualtı qayıqlarda istifadə olunmaq üçün nəzərdə tutulub. Raketin maksimal uçuş məsafəsi 8000-11000 kilometrdir.