İQTİSADİYYAT

Ekspert Azərbaycanda xalçaçılığın inkişaf perpektivlərindən danışır

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, Azərbaycanın xalçaçılıq sahəsində dünya miqyasında əhəmiyyətli çəkisi var
Sputnik

Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Bunu Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı mərasimində kollektiv ilə görüşü zamanı deyib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, SSRİ dağılandan sonra çox sayda Azərbaycan xalçaları qeyri-leqal yollarla dünya muzeylərinə daşındı:

“Azərbaycanın qədim xalçaçılıq ənənələri var və bizim xalçaçılıq sahəsində dünya miqyasında əhəmiyyətli yerimiz mövcuddur. Bu sahənin inkişaf etdirilməsinin yüksək potensialı var. Bununla həm də qeyri-neft sektorunun daha bir sahəsində inkişafa nail olmaq olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz