MDB-nin müdafiə nazirləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclas zamanı cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr - Sputnik. Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclas zamanı cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

İclasda Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edir.

İclasdan əvvəl müdafiə nazirləri Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.