CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı DSX-nin medalı ilə təltif olundu - FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı bu gün Dövlət Sərhəd Xidmətində jurnalistə təqdim edilib
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı İradə Cəlilova "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Sputnik Azərbaycan-ın əməkdaşı DSX-nin medalı ilə təltif olundu - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə verilən medal bu gün İradə Cəlilovaya təqdim edilib.

Qeyd edək ki, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.