CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda daha bir xəttə yeni avtobuslar salındı

"Avro 5" standartlarına cavab verən bu avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, bu gündən etibarən xəttə yeni avtobuslar buraxılıb.

Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "General Avto Kompani" firması tərəfindən 10 ədəd yeni "İsuzu Citibus" markalı avtobus gətirilib: "Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada aparılan modernləşdirmə sayəsində sahibkarlar paytaxta 200-dən artıq müasir avtobus gətirərək istismara veriblər. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb".