Günəş də Hellouini "bayram edir"

Hazırda Günəş minimum dövründədir. Alimlər bunu Yerdə olan soyuq hava şəraiti ilə izah edirlərHazırda Günəş minimum dövründədir. Alimlər bunu Yerdə olan soyuq hava şəraiti ilə izah edirlər
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. NASA əməkdaşları Günəşin qeyri-adi fotosunu paylaşıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, fotoda Günəş Hellouin bayramı balqabağına bənzəyir. Ölçüsünə və formasına görə o, daralmış "gözlər" və geniş "təbəssüm"lə balqabağı xatırladır.

Qeyd edilir ki, foto bu il deyil, 2014-cü ildə çəkilib. Həmin vaxt Günəş maksimum dövründə olduğu üçün üzündə ləkələr əmələ gəlib. Fotogörüntü "Solar Dynamics Observatory" peykinin ultrabənövşəyi dalğalarından alınıb. "Aktiv sahələr Günəşin atmosferində qalxan sıx və mürəkkəb bir maqnit sahələrinin işarəsidir", - deyə kosmik agentlik izah edib. Hazırda Günəş minimum dövründədir. Alimlər bunu Yerdə olan soyuq hava şəraiti ilə izah edirlər. Buna görə də yeganə istilik mexanizmi az intensivdir. Aktivlik dövrü 11 ili əhatə edir. Proqnozlara görə, Günəşdə aktivlik yenidən artacaq.

Daha əvvəl isə NASA əməkdaşları Plutonun əks tərəfinin aydın fotosunu yayımlamışdılar. Orada kiçik planetin relyefinin detalları öz əksini tapmışdı.