HADİSƏ

Gəncədə baş verən avtoqəzada iki tələbə həlak olub

Qəzada həlak olan gənclər ADAU-nun “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə 3-cü kurs tələbələri olublar.
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Report"un məlumatına görə, "Lada Priora" markalı avtomobil əvvəlcə "VAZ" markalı avtomobillə toqquşub, sonra isə yol kənarındakı ağaca dəyib.

Qəzanın nəticəsi olaraq 2000-ci il təvəllüdlü Məmmədli Eldar Kərim oğlu və onun həmyaşıdı Bayramlı İkram Arif oğlu həlak olublar.

Hadisə zamanı adı hələlik dəqiqləşdirilməyən daha bir nəfər xəsarət alıb.

Qəzada həlak olan gənclər Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə 3-cü kurs tələbələri olublar. 

Faktla bağlı araşdırma aparılır.