CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir qəsəbəsinin sakinlərinin nəqliyyat məsələsi həll olunur

525 saylı marşrut üzrə pik saatlarında sıxlıq müşahidə olunur. 569 saylı xətdə isə mikroavtobuslar fəaliyyət göstərdiyindən sərnişinlər əziyyət çəkirlər
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Bakıda 525 saylı marşrut xəttinə yeni avtobuslar salınacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Bakıda tramvayların fəaliyyətə başlaması niyə əhəmiyyətlidir – ekspert şərh edir

N.Allahyarova bildirib ki, Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksiylə əlaqələndirən 569, Xırdalan şəhəriylə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub: "Buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq".

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Masazır istiqamətində sərnişin daşıyan 525 saylı marşrut üzrə pik saatlarında sıxlıq müşahidə olunur. 569 saylı xətdə isə mikroavtobuslar fəaliyyət göstərdiyindən sərnişinlər əziyyət çəkirlər.