Mətbuat mərkəzi

"Bakı sülh və stabillik mərkəzi örnəyini göstərəcək" – Qoşulmama Hərəkatı zirvəsi

120 dövləti birləşdirən siyasi platforma olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Politoloq İlyas Hüseynov ölkəmiz üçün bu yeni rolun əhəmiyyətini şərh edib. Daha ətraflı videomuzda.
Sputnik

25-26 oktyabr tarixlərində keçirilən Qoşulmama Hərəkatının zirvə görüşünə Azərbaycan həm ev sahibliyi, həm də sədrlik edib. Politoloq İlyas Hüseynovun fikrincə, bu qurumda sədrlik Azərbaycan üçün müəyyən siyasi dividendlər bəxş edir və öz gerçəklərini dünyaya bir daha çatdırmaq üçün əlverişli platforma ola bilər.