BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yerləşdirilib.
"Türkiyə Respublikasının yaranmasının 96-cı ildönümü münasibətilə səmimi təbriklərimizi çatdırır və qardaş Türkiyə xalqına daim sülh, firavanlıq diləyirik. 29 oktyabr - Cümhuriyyət Bayramın mübarək olsun, qardaş Türkiyə!" - deyə məlumatda vurğulanır.