CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ münaqişəsinin hələ ki, siyasi yolla həlli yoxdur – Rusiya Federasiya Şurası

"Hansı xalqın daha qədim və müdrik olmasını müəyyənləşdirmək lazım deyil, ümumi böyük işdə təmas nöqtələrini tapmaq lazımdır"
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Rusiya Ermənistan və Azərbaycanın sülh şəraitində yaşamasında maraqlıdır.

Məmmədyarov Qarabağ danışıqları barədə əsas problemi dedi

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Parlament qəzeti"-nə müsahibəsində Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabarov "Bəzi iştirakçı ölkələr arasında kəskin fikir ayrılıqları nəzərə alındıqda MDB ölkələrinin Parlamentlərarası Assambleyası müstəvisində münaqişələrdən necə yayınmaq olur?" sualını cavablandırarkən bildirib.

Jurnalist nümunə kimi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ probleminə dair fikir ayrılığını misal gətirib.

Cabarov qeyd edib ki, beynəlxalq müstəvidə Ermənistan və Azərbaycan ikitərəfli əlaqələrlə bağlı bu və ya digər problemlərə dair öz mövqelərini kəskin şəkildə səsləndirsələr də, MDB ölkələrinin Parlamentlərarası Assambleyasında bu ölkədən olan nümayəndə heyətləri bir masada oturaraq, normal şəkildə ünsiyyətdə olurlar:

"Bu cür addımlar "özünü Avropaya tanıtmaq" kimi dəyərləndirilə bilər. MDB məkanında isə hamı bir-birini çox yaxşı tanıyır və ona görə də rezonans xarakterli bəyanatların səsləndirilməsinin, münaqişə yaratmağın mənası yoxdur".

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, bu məsələdə Cabarov vurğulayıb ki, Rusiya nə Ermənistanın, nə də Azərbaycanın mövqeyini tamamilə qəbul edə bilər: "Biz hamımız nə vaxtsa böyük bir ölkədə yaşamışıq və hər iki respublika bizim üçün eyni dərəcədə əzizdir. Mənim fikrimcə, biz Azərbaycanla münasibətlərin pisləşməsi hesabına Ermənistanla münasibətləri yaxşılaşdıra və ya bunun əksini edə bilmərik".

Paşinyan təcili Təhlükəsizlik Şurasını topladı – Gündəmdə Qarabağ da var>>

Yaxın gələcəkdə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olub-olmaması barədə sualı cavablandıran komitə rəhbərinin müavini xatırladıb ki, bu münaqişə postsovet məkanında mövcud olan ən uzunmüddətli münaqişələrdən biridir.

O, eyni zamanda hazırda münaqişə tərəflərinin mövqelərinin bir-birinə tamamilə zidd olmasına görə də təəssüflənib:

"Çox təəssüf ki, hələlik bu münaqişənin siyasi həll yolu yoxdur, lakin tamamilə aydındır ki, münaqişənin hərbi yolla da həlli yoxdur. Uzun müddətli və mürəkkəb danışıqlar lazımdır. Ən əsası - bütün tərəflər qarşılıqlı güzəştlərə, hətta kompromis xarakterli qərarlara hazır olmalıdır".

Cabarov eyni zamanda qeyd edib ki, münaqişənin bütün tərəflərində xeyli sayda inciklik və qarşılıqlı iddialar yığılıb: "Axı 30 ildə Sovet İttifaqı tərkibində iki xalqın sülh şəraitində yaşadığı vaxtları xatırlamayan iki nəsil formalaşıb.

Fransa məhkəməsi Qarabağdakı qondarma rejimlə imzalanmış xartiyanı ləğv edib

Bilirsiniz, mən optimistəm və inanıram ki, Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın mehriban qonşu olduqları vaxt gələcək. Ən əsası - bizim ölkəmizin böyük dostu olacaqları zaman yetişəcək", - deyən komitə sədrinin müavini əlavə edib ki, məhz Rusiya ilə dostluq bu ölkələrə çiçəklənmə və müstəqilliyə dair zəmanət verə bilər.

Cabarov bildirib ki, Rusiya Ermənistan və Azərbaycanın sülh şəraitində yaşamasında maraqlıdır: "Bu ölkələri isə iqtisadiyyat sahəsi daxil olmaqla, müxtəlif inteqrasiya proseslərində birgə iş birləşdirə bilər. Mən bilirəm ki, azərbaycanlılar və ermənilər nəinki MDB ölkələrinin Parlamentlərarası Assambleyası çərçivəsində, hətta məişət səviyyəsində dil tapa bilərlər. Hansı xalqın daha qədim və müdrik olmasını müəyyənləşdirmək lazım deyil, ümumi böyük işdə təmas nöqtələrini tapmaq lazımdır. Bu məsələdə isə regional inteqrasiya birlikləri çərçivəsində parlamentlərarası dialoq pozitiv rol oynaya bilər".