CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi ora gəlirlər – Mənzil sahibləri sevinəcəklər

Səyyar qeydiyyat aksiyası 28-31 oktyabr tarixlərində paytaxt üzrə istismarına icazə verilmiş 4 bina üzrə 203 mənzili əhatə edəcək
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə səyyar qeydiyyat kampaniyaları təşkil edilir.

Sosial ev almaq istəyənlərə şad xəbər

Komitədən Sputnik Azərbaycan-a məlumat veriblər ki, vətəndaşlara mənzillərini ünvanlarındaca qeydiyyata almaq imkanı verən "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası bu həftə Bakı şəhərinin Nəsimi, Yasamal, Səbail və Xətai rayonlarında davam edəcək.

Səyyar qeydiyyat aksiyası 28-31 oktyabr tarixlərində paytaxt üzrə istismarına icazə verilmiş 4 bina üzrə 203 mənzili əhatə edəcək. Həftənin ilk günü qeydiyyat xidmətindən Nəsimi rayonu, Süleyman Rüstəm 27 və 29 ünvanındakı 19 mərtəbəli, 79 mənzilli binanın sakinləri istifadə edəcək. Oktyabrın 29-u səyyar kampaniya Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədəki 11 mərtəbəli, 44 mənzilli binada, 30-u isə Səbail rayonu, B.Sərdarov küçəsi, 128-ci məhəllə, ev 16 ünvanındakı 12 mərtəbəli, 20 mənzilli binada keçiriləcək. Oktyabrın 30-u Xətai rayonu, "Ağ Şəhər", Mərkəzi bulvar küçəsi, 8 ünvanında yerləşən 6 mərtəbəli, 60 mənzilli bina sakinləri qeydiyyat xidmətindən yararlanacaq.

Böyük şəhərin kiçik dərdi: onlar qapı-qapı gəzib ev axtarırlar>>

Mənzillərin səyyar qeydiyyatı xidmətindən istifadə etmək istəyən vətəndaşlar saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə səyyar ofisə yaxınlaşa bilər.