CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların “Evə qayıdışı” hamının marağındadır, əks halda, başımıza bəla olacaqlar

Ümumilikdə ötən il ərzində işlə təmin olunanların 2-si qadın olub və onlar da kvota ayrılmış yerlərdə işə cəlb olunublar. Azadlığa buraxılan şəxslərin 110 nəfəri isə cari ilin 9 ayı ərzində işlə təmin olunub
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Cəmiyyətin işsiz kütləsi sırasında məhkumların xüsusi payı var. Onlar əhalinin digər qismi ilə müqayisədə iş tapmaqda daha böyük çətinliklərlə üzləşirlər. Bunun da əsas səbəbi onların reabilitasiyadan keçə bilməmələri və üzərilərinə vurulan damğa olur.

Həbsxana rəisi ilə dalaşan 100-dən çox məhbus qaçdı

“Returning Home Foundation” (“Evə Qayıdış Fondu”) tərəfindən keçmiş məhkumların işlə təminatına dair hesabatında da bir sıra məqamlara toxunulub. Hesabatın ümumi nəticəsi olaraq qeyd olunur ki, əslində bu cür şəxslər qanuni yolla işlə təmin olunduqda və normal əmək haqqı aldıqda təkrar cinayət törətmə riskləri əhəmiyyətli dərəcədə aşağı düşür. Təşkilat tərəfindən keçirilən monitorinqin nəticəsi kimi qeyd olunub ki, bu şəxslərin 61 faizi məhbus həyatı yaşamazdan öncə qanuni işçi, 35 faizi qeyri-leqal işçi kimi çalışıblar.

Aparılan sorğu və araşdırmalar zamanı bəlli olub ki, məhkum həyatı yaşayanların 40 faizi ali təhsilsiz, digər faizi isə ali təhsilli şəxslərdir. Araşdırmalar göstərir ki, bir çox hallarda onlar azadlığa buraxıldıqda əmək qabiliyyətlərini, işlə bağlı bilik və bacarıqlarını itirmiş olur, onların 65 faizi azadlığa buraxıldıqdan sonra 8 ay ərzində işlə təmin olunurlar.

“Returning Home Foundation”ın sorğusunda iştirak edənlərin 72 faizi dost-tanış köməkliyi ilə iş tapdıqlarını deyirlər. Onların böyük əksəriyyəti – 70 faizi iş tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

Britaniyada yaxşı davranan məhbuslara həbsxana kameralarının açarları veriləcək>>

Məhkumluğa görə orta yaş 35, orta hesabla ən erkən yaş isə 17 hesab edilib. Monitorinq zamanı bəlli olub ki, həbs olunmazdan öncə bu şəxslərin 25 faizi evli, yaxud da birgə yaşayışda olublar. 56 faizinin isə 18 yaşdan kiçik övladı olub. Araşdırmalar göstərir ki, məhbusların 28 faizi yenidən məhbus həyatı yaşayır.

Azadlığa çıxdıqdan sonra bu şəxslərin bir saat üçün orta qazancları isə 2-80 dollar təşkil edir.

Məhkumluq həyatı yaşamış şəxslərin 87 faizi məhkum olduqlarını iş yerində etiraf etdiklərini və heç bir problemlə qarşılaşmaqdıqlarını bildiriblər. Sorğuda iştirak edənlərin 88 faizi işlərindən razı olduğunu, onların 75 faizi bu işin onların gələcəyi üçün müsbət töhfə verəcəyinə inandığını, 90 faizi isə iş yoldaşları ilə xoş münasibətlərinin olduğunu bildirir. Onların 47 faizi isə verilən əmək haqqından razı qalmadıqlarını bildirirlər.

Ömrünün yarısını dəmir barmaqlıqlar arxasında keçirmiş ifaçının etirafları...

Amma bütün bunlar bizim cəmiyyət üçün deyil. Bu, sorğu məhkumlara insan kimi yanaşmağa adət etmiş, onları keçmişinə görə qınamayan, buraxdığı səhvə görə bağışlayan daha mütərəqqi cəmiyyətə aiddir.

Bəs, Azərbaycanla bağlı bu rəqəmlər necə dəyişir? Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq yaşı yalnız 30-dək olan keçmiş məhkumla bağlı məlumat təqdim olunub. Bildirilib ki, 30 yaşdan yuxarı yaş qruplarına görə hansısa bölgü aparılmır. Bundan başqa, bildirilir ki, onların neçəsinin işlə təminatı haqda da komitədə məlumat yoxdur.

Dövlət Məşğulluq Xidmətindən isə bildirilib ki, 2019-cu ilin 6 ayında 5-i qadın olmaqla ümumilikdə 98 belə şəxs işlə təmin olunub, onların 18-i kvota ilə ayrılmış yerlərdə işə cəlb edilib. 2018-ci ilin 6 ayında isə 63 nəfər işə düzəlib ki, onların da 14-ü kvota üzrə müəyyən olunmuş iş yerlərində işlə təmin olunub. Ümumilikdə 2018-ci ildə 81 nəfər işlə təmin olunub ki, onların da 22-si kvota ayrılmış yerlərdə işə cəlb olunub. Ümumilikdə ötən il ərzində işlə təmin olunanların 2-si qadın olub və onlar da kvota ayrılmış yerlərdə işə cəlb olunublar.

Qohumların toy macəraları dəmir barmaqlıqlar arasında başa çatıb>>

Bundan başqa, qeyd olunub ki, azadlığa buraxılan şəxslərin 110 nəfəri cari ilin 9 ayı ərzində işlə təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, qanunvericilik bu cür şəxslərin istənilən işdə işləməsinə imkan verir. Yetər ki, onların psixoloji durumu buna cavab verə bilsin.

DMX-nin məlumatına görə, bu cür şəxslərin azad olduqdan sonra əmək bazarına çıxışını asanlaşdırmaq məqsədilə peşə-hazırlıq kursları təşkil edilir. 2018-ci ildə azadlıqdan məhrum edilən şəxslərin 239 nəfəri, bu ilin 9 ayında isə 59 nəfəri peşə kurslarına cəlb olunub. Onların əksəriyyəti təmirçi, çilingər, dülgər, elektrik qaynaqçı işlərinə cəlb edilib. Onların da əksəriyyəti kişilər olub. Bu cür şəxslər əmək bazarına daha çox fəhlə peşəsi üçün müraciət edirlər. Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər kvota şamil olunan şəxslərdir. Onlar üçün il ərzində xüsusi iş yerləri ayrılır.

Məhbus özünü kameranın nəfəsliyindən asıb

2018-ci ildə cəzaçəkmədən azad olunan 9, 2019-cu ilin 6 ayında isə 1 nəfər peşə kursuna cəlb olunub. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bu şəxslər üçün iş yerlərinin məhdud olduğunu bildirib: "Kriminal keçmişi olan şəxslərə qarşı gizli şəkildə də olsa diskriminasiya var. Bu cür şəxslərin işlə təminatında digər əsas problem ondan ibarətdir ki, onlar məhbus həyatı yaşadıqları dövrdə peşə vərdişlərini itirmiş olurlar".

"Bu şəxslərin sosial reabilitasiyası haqda qanun var. Burada onlar üçün birdəfəlik yardımlar nəzərdə tutulur və məşğulluq məsələləri ilə bağlı Dövlət Məşğulluq Xidməti tərəfindən tədbirlərin görülməsinin vacibliyi qeyd olunur", - deyə o əlavə edir.

S.Məmmədov bildirir ki, bu şəxslərin dövlət qulluğunda, xüsusən də hüquq-mühafizə orqanlarında işlə təmin olunmalarına görə problem ola bilər: "Lakin praktika necədir, bunu daha dəqiq olaraq Dövlət Statistika Komitəsi açıqlaya bilər. Mənim qənaətim isə belədir ki, bu şəxslərin dövlət işində təmsili ilə bağlı rəqəmlər çox azdır. Yəni bu o deməkdir ki, həmin şəxslərin işə qəbulunda müəyyən məhdudiyyətlər var".

Kimsəsiz zirzəmidə bitən ömür: 22 il məhbus həyatı yaşayan şəxsin acı hekayəsi - REPORTAJ>>

Azadlıqdan məhrum olunan şəxslərlə bağlı Dövlət Statistika Komitəsinin rəqəmləri isə bunları deyir:

Ümumilikdə ötən il 12 min 433 nəfər məhkum olunub ki, bu da 2000-ci illə müqayisədə 2 min nəfər azdır.

2000-ci ildə 14-15 yaşlılar tərəfindən 111, 2018-ci ildə isə 104 cinayət törədilib. 2000-ci ildə 16-17 yaşlılar tərəfindən 462, 2018-ci ildə isə 367 cinayət törədilib.

2000-ci ildə 18-24 yaşlılar tərəfindən 2 min 164, 2018-ci ildə 2 min 464 cinayət törədilib. 25-29 yaşlı şəxslər tərəfindən 2000-ci ildə 2 min 160, 2018-ci ildə isə 2 min 937 cinayət törədilib.

Polislər cinayətkar pişiyi iş başında yaxaladılar - VİDEO

30 və daha yuxarı yaşda olanlar 2000-ci ildə 8 min 6, 2018-ci ildə isə 10 min 863 cinayət törədiblər.

Məlumata görə, ümumilikdə 2000-ci ildə 14-17 yaşlılar tərəfindən 625, 2018-ci ildə isə 425 cinayət törədilib. Onlar arasında 2000-ci ildə məhkum olunanların sayı 328, 2018-ci ildə isə 301 olub.

2000-ci ildə bu şəxslər arasında təhsil alanların, yəni tələbələrin sayı 163, 2018-ci ildə isə 71 olub. 2018-ci ildə bu şəxslər arasında maliyyə-kredit və bank işçilərinin sayı isə 66 olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı isə 133 olub.