CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçə sənətçilərinə qadağalar açıqlandı

İnsanların istirahət hüququ: Axşam saat 21:00-dan səhər saat 10:00-a qədər küçə sənətçilərinin fəaliyyətlərinə icazə verilmir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Bakıda "Küçə Sənətçiləri"nin layihəsi çərçivəsində 18 sənətçiyə küçədə fəaliyyət göstərməyə icazə verilib.

Teatr Xadimləri İttifaqı sədr seçdi: Narazılıqsız ötüşmədi

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov məlumat verib. O, bildirib ki, müraciət edən hər bir şəxsin fəaliyyətinə müsbət cavab verilib.

R. Bağırovun sözlərinə görə, paytaxtda küçə sənətçilərinin fəaliyyət göstərməsi qanun çərçivəsində olacaq: "Bizə müraciət edən şəxslərin demək olar ki, mütləq əksəriyyəti musiqiçilərdir. Amma seçilən şəxslər arasında rəssam, pantamimo aktyoru, rəqqas da var. Artıq onlar Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-dən çox yerdə çıxış etməkdə sərbəstdirlər. Fəaliyyət üçün müsbət rəy alan küçə sənətçiləri heç bir rüsum ödəmir və qazandıqları bütün vəsait onların özlərinə qalır".

Amma R. Bağırov qeyd edib ki, küçə sənətçilərinə insanlardan pul istəmək qadağandır.

İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?>>

R. Bağırov bildirib ki, küçədə fəaliyyət göstərəcək sənətçilərə müəyyən qadağalar da var: "Onlar axşam saat 21:00-a qədər fəaliyyət göstərə bilərlər. Axşam saat 21:00-dan səhər saat 10:00-a qədər küçə sənətçilərinin fəaliyyətlərinə icazə verilmir. Bu, qadağa insanların istirahət hüququnun qorunması ilə bağlıdır”.

Mərkəz rəhbəri həmçinin bildirib ki, küçə sənətçiləri ilə bağlı növbəti seçim mart ayında aparılacaq.