İQTİSADİYYAT

Ekspert iqtisadi islahaltar barədə: institusional islahtlara ehtiyac var idi

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, qurumların birləşdirilməsi ortaq maraqların çevik müdafiəsi üçün şərait yarada bilər
Sputnik

“İqtisadiyyat Nazirliyində struktur dəyişikliklərinin həyata keçirilməsi sahibkarlar üçün mühüm yenilik kimi qəbul olunur”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, yeni qurum qarşısında artıq öhdəliklər müəyyən edilib:

“Bir neçə qurumun İqtisadiyyat nazirliyi altında birləşdirilməsi ortaq maraqların çevik müdafiəsi üçün şərait yarada bilər. Öz növbəsində qurumun fəaliyyət dairəsinin böyüməsi gələcəkdə problemlərə də səbəb ola bilər. Ümumilikdə iqtisadiyyatda institusional islahatlara ehtiyac var idi və bundan sonra da davam etdirilməlidir. Məmurların biznesdən kənarlaşdırılması ilə bağlı effektiv mövqe ortaya qoyula bilər. Qarşısına öhdəlik qoyulmuş şəxslərin ciddi daxili islahatlara da gedəcəklərinə ümid edirəm”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz