CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lisenziya yenə yoxdur – Başıbəlalı birlik üzvləri yenə çətinlik yaşayır

"Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri deyir ki, nazir göstəriş versə də, yenə də yerlərdə müəyyən çətinliklə qaşrılaşırlar
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. "Hazırda bir çox rayonlardan şikayətlər daxil olur. Müraciət edənlər bildirirlər ki, onlar 2004-cü ildən Cəmiyyətimizə üzv olsalar da, müvafiq ekologiya şöbələrinə müraciət edən zaman onlara lisenziya verilmir".

Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu

Bu barədə Sputnik Azərbaycan-a "Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Füzuli Əşrəfov məlumat verib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüş zamanı nazir 2004-cü ildən cəmiyyət tərəfindən verilən biletlərin qüvvədə olacağını söz verib. Amma bu gün cəmiyyət üzvləri müvafiq rayonlar üzrə vəsiqələrini təqdim edərək lisenziya ala bilmirlər: "Baxmayaraq ki, nazir göstəriş verir, amma biz yenə də müəyyən çətinliklə qarşılaşırıq. Bu günlərdə Lənkəran-Cəlilabad rayonlarından şikayətlər daxil olub. Onlara bizim biletlərin təhvil verilməsi təklif edilib. Biz qarşılaşdığımız çətinliklə bağlı nazirliyə müraciət etmişik, cavab gözləyirik".