HADİSƏ

Bakıda “Makarov”la silahlanmış şəxs saxlanılıb

"Mercedes" markalı avtomobilə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və silahın sandıqçasından 8 ədəd patron aşkar olunaraq götürülüb
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb.

Tanınmış universitet qana boyandı

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Nəsimi rayon sakini Samir Məmmədov Ziya Bünyadov prospektində tutulub. Onun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və silahın sandıqçasından 8 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Bakıda “Makarov”la silahlanmış şəxs saxlanılıb

Qeyd edilən faktla S.Məmmədov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.