RUSİYA

Rusiyalıların yarıdan çoxu ABŞ-ı düşmən ölkə adlandırdılar

Rəyi soruşulmuş respondentlərin 53%-i Rusiya və Ukrayna arasında münasibətlərin gərgin olduğunu düşünür.
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Rusiya əhalisinin böyük əksəriyyəti Birləşmiş Ştatların onların ölkəsinə düşmən mövqedə olduğunu düşünür. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai fikrin öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin (İFÖÜM) keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

2019-cu ildə rəyi soruşulan Rusiya vətəndaşlarının 67%-i Birləşmiş Ştatların ölkələri ilə münasibətlərinin gərgin olduğunu düşünür. Ötən il isə bu göstərici 75% olub.

Bundan əlavə, respondentlərin 53%-i Rusiya və Ukrayna arasında münasibətlərin gərgin olduğunu düşünür.

Rusiya vətəndaşlarının 45%-i Rusiya və Çin arasında möhkəm dostluq əlaqələrinin qurulduğunu bildiriblər.

Qeyd edilir ki, sorğu telefon vasitəsilə avqust ayında keçirilib. Sorğuda yaşı 18 və daha yuxarı olan təxminən 1,6 min insan iştirak edib.