RUSİYA

“Rusiya bizim tərəfdaşımız deyil, ciddi təhdiddir” – Trampın müşaviri

ABŞ prezidentinin köməkçisi Rusiya ilə maraqları üst-üstə düşəndə onlarla işləməmələri üçün heç bir səbəb olmadığını açıqlayıb
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. “Birləşmiş Ştatlar Rusiyanı öz tərəfdaşı hesab etmir, lakin İŞİD məsələsində ölkələrin maraqları üst-üstə düşüb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu "NBC" telekanalına müsahibəsində Birləşmiş Ştatların Milli Təhlükəsizlik üzrə müşaviri Robert O Brayen bildirib.

“Rusiya bizim tərəfdaşımız deyil, ciddi təhdiddir” – Trampın müşaviri

 

O, qeyd edib ki, belə bir hal İŞİD lideri Abu Bakar əl-Bağdadinin zərərsizləşdirilməsi üzrə əməliyyat zamanı qeydə alınıb: "Bizim Rusiya ilə maraqlarımız kəsişəndə onlarla işləməməyimiz üçün heç bir səbəb yoxdur".

O Brayen eyni zamanda Rusiyanı Birləşmiş Ştatlar üçün "ciddi təhdid" adlandırıb.

Qeyd edək ki, İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi dünən gecə ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

ABŞ tarixində görünməmiş qalmaqal - Müəllifi yenə Trampdır>>

ABŞ Prezidenti Donald Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: "Rusiyaya, Türkiyəyə, Suriyaya və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü".