RUSİYA

Putinlə Merkel arasında Suriyaya dair danışıqlar baş tutub

Əldə edilən razılaşmaların bütün tərəflərin maraqlarını nəzərə alaraq, Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpasına töhfə verdiyi vurğulanıb.
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin almaniyalı kanslerə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriyaya dair əldə edilmiş razılaşmalar barədə məlumat verib.

ABŞ Suriyaya qarşı sanksiyalarını özü pozub

"RF Prezidenti Putin ilə Almaniya Federativ Respublikasının Federal Kansleri Merkel arasında telefon danışığı baş tutub. Putin 2019-cu il oktyabrın 22-də Soçidə Türkiyə Respublikasının Prezidenti Ərdoğan ilə aparılan danışıqların nəticəsi haqqında məlumat verib. Əldə edilən razılaşmaların bütün tərəflərin maraqlarını nəzərə alaraq, Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpasına töhfə verdiyi vurğulanıb", - məlumatda deyilir.

Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi altı saatlıq danışıqlardan sonra bəyan edib ki, Moskva və Ankara Suriyanın şimalındakı vəziyyətə dair bir sıra razılaşmalara nail olublar. Rusiya lideri bu razılaşmaları "çox vacib, taleyüklü" adlandırıb.

İki ölkə arasında bağlanmış memorandumda prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiq olduqlarını təsdiq ediblər və Adana razılaşmasına dəstək veriblər.