MƏDƏNİYYƏT

Nigar Camal çəkiliş zamanı çətin anlar yaşadı

İki saat davam edən prosesdə ifaçı dəfələrlə çəkilişi dayandırmalı olub. Bununla bağlı öz "Instagram" profilində paylaşım edən N.Camal "suyun altında oturmaqdan boğuldum" deyə bildirib
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Müğənni Nigar Camalın Əməkdar artist Aygün Bəylərlə oxuduğu "Nəfəsim qəlbim" duetinin klip çəkilişləri davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, ulduz sənətçi bu dəfə hovuza girərək suyun altında qalmalı olub. Çəkiliş prosesində çətin anlar yaşayan Nigar boğulduğunu dilə gətirib. İki saat davam edən prosesdə ifaçı dəfələrlə çəkilişi dayandırmalı olub. Bununla bağlı öz "Instagram" profilində paylaşım edən N.Camal "suyun altında oturmaqdan boğuldum" deyə bildirib.

Qeyd edək ki, "Nəfəsim qəlbim" adlanan mahnının sözləri İkram Əliyevə, musiqisi Nigar Camala məxsusdur. Klipin nə zaman nümayiş olunacağı barədə isə heç bir məlumat verilməyib.