SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Belçikada ilk dəfə hökumətə qadın rəhbərlik edəcək

Sofi Vilmes bu vəzifədə Şarl Mişeli əvəz edib. Sabiq baş nazir Şarl Mişel isə Avropa Şurasının sədri təyin edilib.
Sputnik

BAKI, 28 oktyabr - Sputnik. Belçikada ilk dəfə qadın hökumət başçısı olub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, ölkənin baş naziri vəzifəsini Sofi Vilmes icra etməyə başlayıb. Qırx dörd yaşlı qadın bundan əvvəl Belçikanın maliyyə naziri vəzifəsində çalışıb.

Sofi Vilmes bu vəzifədə Şarl Mişeli əvəz edib. Sabiq baş nazir Şarl Mişel isə Avropa Şurasının sədri təyin edilib.