CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anar Ağakişiyevin növbəti möhtəşəm əl işi

Tanınmış stilistin budəfəki qəhrəmanı Sofa Həsənin 18 yaşı var və o, çox ağır bir xəstəlikdən əziyyət çəkir.
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanlı stilist Anar Ağakişiyev növbəti əl işini nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, o, Sofa adlı xanımla hazırladığı videoçarxı öz "Instagram" hesabında paylaşıb.

Stilist videoya bu sözləri əlavə edib: " Bu gün mənim qəhrəmanım Sofa Həsəndir. Onun 18 yaşı var və o, adını çəkmək istəmədiyim çox ağır bir xəstəlikdən əziyyət çəkir."

Qeyd edək ki, stilist Anar Ağakişiyev indiyə qədər Flora Kərimova, Gülyanaq Məmmədova, Nüşabə Ələsgərli, aktrisa Həmidə Ömərova, Nahidə Orucova və digər ünlü isimlərin makiyajını edib. Həmçinin o, Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olub.