CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyahıyaalınmadan kənar qalanlar Komitəyə müraciət ediblər

Komitə rəsmisinin sözlərinə görə, müraciətlərin əksəriyyəti siyahıyaalma prosesindən kənarda qalmış şəxslər tərəfindən olub
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Cari ilin 15 oktyabr tarixindən indiyədək Dövlət Statistika Komitəsində yaradılmış "Qaynar xətt mərkəzi"nə 82 müraciət daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bildirib. Komitə rəsmisinin sözlərinə görə, müraciətlərin əksəriyyəti siyahıyaalma prosesindən kənarda qalmış şəxslər tərəfindən olub. Müraciətlər yerli statistika orqanlarında yaradılmış operativ qruplara yönəldilib və həmin şəxslərin siyahıyaalmaya cəlb edilməsi təmin olunub.