HADİSƏ

Qobustanda ağır qəza: ölənlər və yaralılar var

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb. İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.