CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərə şad xəbər

Bu gün məktəblərdə 1000 manatdan artıq əməkhaqqı alan 5000-dən çox müəllim çalışır. Bu amil təhsilə, təhsil işçilərinə dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Ölkəmizdə 2014-cü ildən başlayaraq ümumi təhsil müəssisələrində çalışan 150 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib. Nəticədə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə təxminən 2 dəfə artırılıb.

İdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı - VİDEO

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumiyyətlə, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində atılan addımlar davamlı xarakter alıb. Bu ilin sentyabrında müəllimlərin əməkhaqqı daha 20 faiz artırılıb. Bu artımdan sonra hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 600 manata çatıb. Hətta bu gün məktəblərdə 1000 manatdan artıq əməkhaqqı alan 5000-dən çox müəllim çalışır. Bu amil təhsilə, təhsil işçilərinə dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Məhz bu qiymətləndirmənin nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər ilk sırada müəllimlik ixtisasını seçirlər. Əvvəlki illərdə yüksək bal toplayan abituriyentlər arasında nadir hallarda müəllimlik ixtisasını seçirdilərsə, son illərdə vəziyyət kəskin dəyişib. Cari ildə 500-dən yuxarı bal toplayan abituriyentlər arasında hər 4 nəfərdən biri, yəni həmin abituriyentlərin 25 faizi məhz müəllimliyi seçib.