CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumundan abonentlərə yeni mobil xidmət

Abonentlər xidmətdən yararlanmaq üçün abonent kodları, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil telefon nömrəsini, SMS, Whatsapp və e-mail vasitəsilə quruma təqdim etməlidirlər
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. "Azərsu" ASC abonentlər üçün yeni mobil xidmətin tətbiqinə başlayır. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, bu xidmətlər vasitəsilə yeniliklər, qəzalar, fasilələr barədə abonentlərə məlumat veriləcək. A.Cəbrayıllı bildirib ki, abonentlər xidmətdən yararlanmaq üçün abonent kodları, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil telefon nömrəsini, SMS, Whatsapp və e-mail vasitəsilə quruma təqdim etməlidirlər: "Bu mobil tətbiq xidmətindən istifadə etmək istəyən abonentlər 055 209 95 59 nömrəsi, abonent@azersu.az, www.azersu.az əlaqə vasitələri ilə məlumat verə bilərlər".