HADİSƏ

Daşkəsəndə qadın övladlarına bıçaqla işgəncə verdi

Rayon sakini polisə şikayət edərək qızının öz övladlarını döydüyünü, onlara işgəncə verdiyini bildirib
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.