HADİSƏ

Sülh küçəsində düşən davanı bıçaq kəsdi

Xəstəxanada müayinə zamanı yaralı yeniyetməyə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsi "Sülh" küçəsində 16 yaşlı Əliyev Əlirza Seymur oğlu tanıdığı şəxslərlə dava edib. O, dava zamanı bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.