BAKI, 26 oktyabr — Sputnik. Birləşmiş Ştatlar qanunsuz olaraq Suriyaya gətirilən neftçıxarma qurğusunun köməkliyi ilə neft hasil etməklə öz tətbiq etdiyi sanksiyaları pozur. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bəyan edib.
Konaşenkov xatırladıb ki, Birləşmiş Ştatlar Suriyadan neft məhsullarının ixracına dair sanksiyalar qəbul edib. Bu sanksiyalar istənilən şirkətlərə qarşı tətbiq edilir.