Polislər cinayətkar pişiyi iş başında yaxaladılar - VİDEO

Görüntülərdə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının həbsxana ərazisində pişiyin arxası ilə qaçması əks olunur
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Tatarıstanda 10 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları məhbuslara narkotik aparan pişiyi tutublar. Sputnik Azərbaycan xəbər verir ki, pişiyin təqib olunması kadrlarını "Tatar-inform" agentliyi məlumat yayıb.

Görüntülərdə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının həbsxana ərazisində pişiyin arxası ilə qaçması əks olunur. Pişik tutulduqdan sonra onun xaltasında həşiş aşkarlanıb. Maddə pişiklə birgə ekspertiza aparılması üçün polislərə verilib.

Faktla bağlı araşdırmalar aparılır.