CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə qətli: Qadınla kişiyə etiraz etdi, yaxınlıqdakı şəxsi öldürdü

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Dünən gecə saatlarında Bakıda qətl hadisəsi baş verib. Sputnik Azərbaycan Prokurorluğun məlumatına istinadla xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib.

Sumqayıtda dəhşətli qətl baş verdi

Məlumata görə, 1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.

Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib.

Dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1 maddəsilə cinayət işi başlanılıb. Murad Tağıyev tutulub, araşdırma aparılır.