BAKI, 25 oktyabr — Sputnik. Rusiyanın Zabaykalsk diyarında əsgərin atəş açması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 18:20-də baş verib.
"Qarovul növbəsi dəyişdirilən zaman təmir-texniki bazanın hərbi qulluqçusu öz yoldaşlarına tabel silahından atəş açıb", - Rusiya Müdafiə Nazirliyi deyib.
Atəş açan əsgər saxlanılıb. Müdafiə Nazirliyi hadisənin əsgərin şəxsi problemlər səbəbindən əsəb pozğunluğuna görə baş verdiyini güman edir.
Hadisə yerinə Müdafiə Nazirinin müavini, general-polkovnik Andrey Kartapolovun başçılığı altında komissiya göndərilib.