Pişik sahiblərini yanğında məhv olmaqdan xilas edib

Ev sahibi qapını açanda qorxmuş pişiyin müxtəlif istiqamətlərə qaçdığını və evin damının tamamilə alovun büründüyünü görüb
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Rusiya Federasiyasının Yəhudi Muxtar vilayətinin Nikolayevka qəsəbəsində pişik ailə cütlüyünü yanğında məhv olmaqdan xilas edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər.

Azərbaycanı qarış-qarış gəzən amerikalı – Onu ABŞ-dan gətirən səbəb var

Cütlük qəsəbədəki Leninsk stansiyasında, Zavodsk döngəsindəki taxta evdə yaşayır. Onlar səhər eşidiblər ki, kimsə qapını cırmaqlayır. Ev sahibi qapını açanda qorxmuş pişiyin müxtəlif istiqamətlərə qaçdığını və evin damının tamamilə alova büründüyünü görüb.

Kişi dərhal həyat yoldaşını yanan evdən bayıra çıxarıb. Altı dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə gələrək operativ şəkildə yanğını söndürüblər. Yanğın nəticəsində evin içi yanıb, damı isə tamamilə çöküb.

Cütlüyü və pişiyi müvəqqəti sığınacağa yerləşdiriblər. Ev sahibləri elektrik qızdırıcısında problem olduğunu bildiklərindən, evi isitmək üçün qızdırıcı sobadan istifadə ediblər. Yanğının sobadan qaynaqlandığı ehtimal edilsə də, əsl səbəbi rəsmən təsdiqlənməyib.

Oktyabrın əvvəllərində Quççi ləqəbli itin sahibini yanğından xilas etdiyi barədə məlumat yayılmışdı. İt evin yatmış sakinini oyadaraq yanğından xilas etmişdi. Ev heyvanının sayəsində kişi yanan evdən sağ-salamat xilas ola bilmişdi.