CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tədavülə yeni yubiley pul nişanı buraxılıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. 2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur. Bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

Azərbaycanda tədavülə yeni yubiley pul nişanı buraxılıb

Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 q (+ 0.1 q), diametri isə 38.61 mm təşkil edir. Pul nişanı Böyük Britaniyanın "The Royal Mint" şirkətində beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında istehsal edilib.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.