İQTİSADİYYAT

Soçi memorandum Suriya münaqişəsini həll edəcəkmi – politoloq danışır

Politoloq Arzu Nağıyev deyir ki, Rusiya birgə patrul fəailiyyəti ilə NATO qoşunlarına nəzarəti həyata keçirməyə çalışır
Sputnik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarında çıxarılmalıdır. Bu barədə Rusiya mətbuatı  xəbər yayıb.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Rusiyanın Suriyada özəl maraqları var: “Suriyada bütün problemlərin həllindən sonra ən əhəmiyyətli ölkə Rusiya olacaq. Rusiyanın orada olması ABŞ-ı qane etməyəcək. Rusiya çalışır ki, birgə patrul fəailiyyəti ilə NATO qoşunlarına nəzarəti həyata keçirə bilsin. Bu Türkiyə üçün də sərfəlidir. Onlar ABŞ-ın nəzaərtində olan qruplara qarşı Rusiyadan istifadə edə bilərlər. Memarandumun Suriya problemini tam şəkildə həll edə biləcəyinə inanmıram”.

Qeyd edək ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz