RUSİYA

Rusiya Türkiyənin istədiyini etdi – Artıq heç nə əvvəlki kimi olmayacaq

Baza rabitə qülləsi ilə təchiz olunub. Buradan rusiyalı hərbçilər Suriya sərhədçiləri ilə birgə kürd yaraqlılarının və onlara məxsus ağır silahların ərazidən çıxarılmasına nəzarət edə biləcək
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Rusiya hərbi polisi Suriyanın Ayn-əl-Arab (kürdlər Kobani adlandırır) şəhərində Türkiyə ilə sərhəddən 2 kilometr aralıda yerləşən strateji yüksəkliklərdə mövqe qurub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyadakı qoşunlarının komandanlığının nümayəndəsi İqor Seritski bildirib.

"Baza sərhəd zastavasında yerləşir. Oradan həm sərhəd zolağı, həm də şəhərin ətrafı yaxşı görünür", - deyə Seritski qeyd edib.

Onun sözlərinə görə, baza rabitə qülləsi ilə təchiz olunub. Buradan rusiyalı hərbçilər Suriya sərhədçiləri ilə birgə kürd yaraqlılarının və onlara məxsus ağır silahların ərazidən çıxarılmasına nəzarət edə biləcək.

Putinlə görüş bəhrə verdi: Türkiyədən Suriya ilə bağlı kritik qərar

Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, Türkiyə Suriyadakı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - nazir Anadolu Agentliyi-nə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.