RUSİYA

Paşinyan bir neçə saatlıq Moskvaya gedəcək

Paşinyan Rusiya paytaxtında bir neçə saat keçirəcək. O, Moskvada Avrasiya hökumətlərarası komissiyasının növbəti iclasında iştirak edəcək.
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan sabah Moskvaya rəsmi səfərə gedəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Paşinyan Rusiya paytaxtında bir neçə saat keçirəcək.

O, Moskvada Avrasiya hökumətlərarası komissiyasının növbəti iclasında iştirak edəcək.