SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nikolas Maduro Azərbaycana gəlir

25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti sammiti keçiriləcək
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Venesuela Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana gələcək. Bu barədə Sputnik Azərbaycan "Presa Latina" nəşrinə istinadən xəbər verir.

"Mən Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün bu ölkəyə yola düşürəm", - deyə Maduro vurğulayıb.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti sammiti keçiriləcək.