HADİSƏ

Yol qəzasında yaralanan gənc xəstəxanada öldü

Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində "Priora" markalı avtomobil idarəetməıdən çıxaraq aşıb
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində "Priora" markalı avtomobil idarəetməıdən çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri rayonun Kürdmaşı kənd sakini,1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri aldığı üçün həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralı Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.