HADİSƏ

Yüngül mübahisə qətlə çevrildi: Xaçmazda uşağa görə adam öldürdülər

Cütlük bir müddət əvvəl boşanıb və S.Qurbanov başqa qadınla ailə həyatı qurub. Öz qızını görə bilməyəndə isə bıçağa əl atıb
Sputnik

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Xaçmazda 29 yaşlı Səfər Qurbanovun qayınatası, 58 yaşlı Əlihüseyn Qədirovu bıçaqlayaraq öldürməsinin təfərrüatları məlum olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə yerli sakinlərin verdikləri məlumata görə, kürəkənin qayınatasını qətlə yetirməsinə səbəb Ə.Qədirovun S.Qurbanova öz qızını görməyə icazə verməməsi olub.

Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

Qayınata ilə onun evinə gələn kürəkən arasında mübahisə olub. Az sonra mübahisə davaya çevrilib və kürəkən elə qapının önündə qayınatasına 8 bıçaq zərbəsi endirib.

Onu da qeyd edək ki, cütlük bir müddət əvvəl boşanıb və S.Qurbanov başqa qadınla ailə həyatı qurub.

Məsələ ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 120.1 - qəsdən adamöldürmə maddəsilə cinayət işi açılıb.

Xatırladaq ki, APA-nın məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S.Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.