SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesuelanın XİN rəhbəri Bakıda dünyaya səsləndi

"Biz beynəlxalq hüquqa hörmət edirik. Bu istiqamətdə, siyasi razılığa gəlinmə rolu ilə problemləri həll etmək niyyətindəyik"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr - Sputnik. Venesuela ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır. Qoşulmama Hərəkatının əsas prinsiplərindən də biri budur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Venesuelanın Xarici İşlər naziri Xorxe Arreasa Bakıda Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin Şurasının iclasında deyib.

O qeyd edib ki, dünyada ölkələrin xarici təcavüzə qarşı müqavimət göstərməsi, qorunması vacibdir.

“Lakin təəssüf ki, bu gün işğal, hərbi, siyasi müdaxilənin şahidi oluruq”, - deyə Arreasa əlavə edib.

XİN rəhbəri bildirib ki, Venesuela da aqressiyanın qurbanıdır: “Bu isə ölkədə sülh və təhlükəsizliyin əleyhinə yönəlib. Venesuelaya siyasi müdaxilələr iqtisadi, humanitar problemlərə gətirib çıxarır. Venesuela isə dialoq tərəfdarıdır. Biz beynəlxalq hüquqa hörmət edirik. Bu istiqamətdə, siyasi razılığa gəlinmə rolu ilə problemləri həll etmək niyyətindəyik.

Biz beynəlxalq hüquqa və prinsiplərə əməl etməyi davam edəcəyik. Qoşulmama Hərəkatının üzvlərinə BMT-nin İnsan Hüquqları Komitəsində bizə dəstək olduqları üçün təşəkkür edirik”.