SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ramiz Mehdiyev ali ordenlə təltif edildi və Təhlükəsizlik Şurasına göndərildi

“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib
Sputnik

BAKI, 23 oktyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident üç ali məktəblə bağlı Fərman verdi

Sputnik Azərbaycan-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

Prezidentin Fərmanı ilə akademik Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Ramiz Mehdiyev ali ordenlə təltif edildi və Təhlükəsizlik Şurasına göndərildi

R.Mehdiyev Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə bu orden ilə təltif edilib.