"Məsələ havada qalıb" – Pentaqon rəhbərinin İraqa səfər etməkdə məqsədi nədir?

Pentaqon rəhbəri gözlənilmədən Bağdada səfər edib. Bəs səfərin məqsədi nədir? Hərbi ekspert bu sualı cavablandırmağa çalışıb
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. ABŞ-ın müdafiə naziri Mark Esper gözlənilmədən Bağdada səfər edib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.

Bundan öncə isə Esper bəyan edib ki, Suriyanın şimal rayonlarından çıxarılan 1000-ə yaxın amerikalı hərbçi İraqın qərbinə göndəriləcək. Lakin İraqın Silahlı Qüvvələrinin komandanlığı bəyan edib ki, Suriyadan çıxarılan ABŞ hərbçiləri İraq ərazisini tərk etməli olacaqlar, belə ki, onlara ölkə ərazisindən yalnız tranzit üçün istifadə etməyə icazə verilib.

Putinlə görüş bəhrə verdi: Türkiyədən Suriya ilə bağlı kritik qərar

Hərbi ekspert, Rusiya Federasiyası Hərbi-Sənaye Kollegiyasının ekspert şurasının üzvü Viktor Muraxovski məsələ ilə bağlı Radio Sputnik-ə deyib ki, Pentaqon rəhbərinin İraqa səfəri Vaşinqton və Bağdad arasında qarşılıqlı anlaşmanın olmaması ilə bağlıdır.

"Bir sıra kifayət qədər önəmli məsələləri həll etmək lazımdır. Amerika tərəfindən müdafiə nazirinin timsalında bir müddət əvvəl bəyan edilib ki, (Suriyadan – red.) çıxarılan kontingent İraqda Amerika qüvvələrinə qoşulacaq və İŞİD-ə qarşı mübarizədə iştirak edəcək. Lakin İraq hökuməti buna kəskin şəkildə etiraz edib. Bundan sonra Amerika tərəfinin verdiyi bəyanatlara görə, kontingent tranzitlə ABŞ ərazisinə yollanacaq. Nəticədə bu kontingentin hazırda necə istifadə olunacağı məsələsi havada qalıb. İndi isə bu məsələ elə yerindəcə həll ediləcək", - Muraxovski deyib.

ABŞ Silahlı Qüvvələri hərbi qulluqçularını Suriyadakı bir çox bazadan çıxararaq İraqa köçürüb. Vaşinqton bu qərarı Türkiyənin kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyata başlamasından sonra verib.

Vaşinqton və onun müttəfiqləri 2014-cü ildən bəri Suriya və İraqda İŞİD-ə qarşı əməliyyat həyata keçirirlər. Qeyd edək ki, Suriya hökuməti bu əməliyyatların keçirilməsinə icazə verməyib.