SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov və Zərif Bakıda nələri müzakirə etdilər

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Sputnik Azərbaycan XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Onlar iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söyləyiblər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və Qoşulmama Hərəkatının Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edib.

Məmmədyarov və Zərif Bakıda nələri müzakirə etdilər

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulanıb.

Görüşün sonunda nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.