CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik işçi axtarır - 151 nəfər bəxtini sınaya bilər

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 151 vakant yer üzrə işə qəbul elan edilib.

Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi

Bu barədə Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Elana əsasən, Nazirlik tərəfindən 47 baytar həkimi, 33 aqronom, 23 aqrokimyaçı,16 aqrotexnik, 12 baytar feldşeri, 5 laborant, 11 sürücü, 4 traktorçu vakant yerlər üzrə işə qəbul ediləcəklər.

Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev. Elektron poçt ünvanı: b.aliyev@axa.gov.az) müraciət edə bilərlər. 22.11.2019-cu il son müraciət tarixidir.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.